“Unibank”ın əməkdaşına cinayət işi açıldı

“Unibank”ın əməkdaşına cinayət işi açıldı
  03 Sentyabr 2013    Oxunub:1282
“Unibank” ASC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

ASC-nin Yasamal filialının Korporativ müştərilərə xidmət üzrə aparıcı mütəxəssisi Mehdi Abdullayevin öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq cari ilin mart ayında Bakı şəhərində yerləşən mənzili ipoteka təminatı ilə paytaxt sakini Əliş Nəzərəliyevin adına sənədləşdirməklə kreditin rəsmləşdirlməsi müqabilində ondan 1.300 manat məbləğində pul alması, həmçinin aralarında yaranmış münasibətlərdən istifadə edərək sonuncunun adına 2012-ci ilin may ayında cəmiyyətin Yasamal filialından 3.000 manat məbləğində kredit xətti açdırmaqla həmin hesabdan bankomat kartı vasitəsilə 2.000 manat məbləğində pulları çıxararaq şəxsi ehtiyacları üçün istifadə etməklə bankın qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti