Arda Turan Türkiyə millisindən qovuldu

  06 İyun 2017    Oxunub : 2308
Arda Turan Türkiyə millisindən qovuldu
Arda Turan Türkiyə millisindən kənarlaşdırılıb.
AzVision.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, buna səbəb Ardanın dünən təyyarədə "Milliyyət" qəzetinin idman yazarı Bilal Meşeni ağır formada təhqir etməsi olub.

Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası prezident Yıldırım Demirörən, federasiya rəsmisi Əli Dürüst və baş məşqçi Fatih Terimin iştirakı ilə iclas keçirilib. İclasdan sonra Arda ilə görüşən millinin baş məşqçisi Fatih Terim onun millinin düşərgəsindən kənarlaşdırıldığını açıqlayıb.

A.Turanın isə həm komanda, həm də federasiyaya daha çox zərər verməmək üçün düşərgəni tərk etdiyi bildirilir.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Arda-Turan