Azərbaycanlılar daha çox Türkiyədə təhsil almağa üstünlük verir

Azərbaycanlılar daha çox Türkiyədə təhsil almağa üstünlük verir
  02 Sentyabr 2013    Oxunub:1374
55 min şəxs Türkiyədə təhsil almaq üçün təqaüd proqramına müraciət edib.
AzVİsion.az türk mətbuatına istinadən xəbər verir ki,ən çox müraciət isə Əfqanistan, Somali və Suriyadan olub.

Bakalavr təhsili üçün 5751 nəfər Əfqanistan, 2376 nəfər Somali və 1453 nəfər Yəməndən Türkiyəyə gəliblər. Magistratura üçün 2426 nəfər Pakistan, 1313nəfər Fələstin,1130Somali və 664 Çin vətəndaşı Türkiyədə təqaüdlü təhsil alacaq.

Doktorantura səviyyəsi üçün Pakistandan 1363, İrandan 525və Efiopiyadan 425 müraciət daxil olub. Təqaüd almaq üçün ABŞ-dan 21, İsraildən 11, Ermənistandan isə 2 nəfər müraciət edib.

Ümumiyyətlə isə, 2013-cü ildə Türkiyəyə bu ölkələrdən daha çox tələbə gəlib: “Əfqanistan, Azərbaycan, Suriya, Kosova, Fələstin, Qazaxıstan, İraq, Somali, Qırğızıstan,Çin,Yunanistan, İndoneziya, Misir, Rusiya, Yəmən, Makedoniya, Albaniya, İran, Morokko və Bosniya və Herseqovina”


Qeyd edək ki, ABŞ xarici tələbələrin üstünlük verdiyi ölkələr arasında birinci yerdədir. 700min tələbəylə siyahıya başçılıq edir. Daha sonra 400 min nəfərlə İngiltərə və 300 min nəfərlə Avstraliyadır.

Sevinc İLTİFATQIZI


Teqlər:





Xəbər lenti