Suriya hakerləri ABŞ ordusunu vurdu

Suriya hakerləri ABŞ ordusunu vurdu
  02 Sentyabr 2013    Oxunub:1033
ABŞ-ın dəniz qoşunları saytına Suriya hakerləri tərəfindən hücum edilib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, “Marines.com” saytına daxil olan internet istifadəçiləri səhifədə “Obamanın “Əl-Qaidə” ilə ittifaqı” yazısını görürlər.

“Suriya ordusu sizin düşməniniz deyil, müttəfiqiniz olmalıdır” – hakerlər parolu sındırdıqdan sonra səhifədə yazıblar.

KİV-in məlumatına görə, hücum özünü “Suriya elektron ordusu” adlandıran və Suriya prezidenti Bəşər Əsədin rejimini dəstəkləyən hakerlər qrupu tərəfindən törədilib.

AzVision.az


Teqlər:





Xəbər lenti