Putin lövhədə pişik çəkdi

Putin lövhədə pişik çəkdi
  02 Sentyabr 2013    Oxunub:1101
Rusiya prezidenti Vladimir Putin ilk dərs günü lövhədə pişik çəkib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin sentyabrın 1-də Kurqandakı 7 saylı məktəbə baş çəkib. Prezident lövhəyə çıxaraq orada qəribə şəkil çəkir. Bu barədə “Seçicilər liqası”nın “Facebook” səhifəsində bildirilib.

“Bu pişiyin arxadan görünüşüdür” – deyə Putin şəklin nə olduğunu soruşan şagirdə izahat verir.

Xatırladaq ki, Putin keçən ilin fevralında həmin məktəbdə regional təhsilin modernləşdirilməsi üzrə müşavirə keçirmişdi. Bunun üçün məktəbə büdcədən 180 milyon rubl ayrılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti