Suriyada kimyəvi silah Amerikanın işiymiş

Suriyada kimyəvi silah Amerikanın işiymiş
  02 Sentyabr 2013    Oxunub:1595
“Dəməşqə kimyəvi hücumu MKİ həyata keçirib”
Suriyada kimyəvi silahın kim tərəfindən istifadəsi barədə versiyalar mövcuddur.

İngiltərənin My. telegraph saytı isə daha şok faktların üstünü açan məlumat dərc edib.

AzVision.az həmin məlumata istinadən xəbər verir ki, müntəzəm olaraq Suriyaya hücum etməyə hazır olduğunu bəyan edən rəsmi Vaşinqton bu ərəb ölkəsində inanılmaz addım atıb. ABŞ rəsmiləri mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi üçün Bəşər Əsədi və Suriya ordusunu cəzalandırmağa çağırır.

KİV-lərdə yayılan və dəlil-sübutlarla əsaslandırılan məlumatlarda deyilir ki, Dəməşq yaxınlığında kimyəvi hücum ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakı ilə həyata keçirilib.

Adı açıqlanmayan haker ABŞ kəşfiyyatına məxsus internet resurslarına daxil olaraq ABŞ ordusunun polkovniki Antoni J. Makdonaldın elektron poçtundakı yazışmasını ələ keçirib və yayımlayıb.

Qeyd edək ki, A.J.Makdonald ABŞ Ordu Kəşfiyyat heyətinin qərargah rəisinin müavini vəzifəsini daşıyır.

Avqustun 22-də baş tutan yazışmada Yevgeni Ferst adlı bir kəşfiyyatçı polkovniki Suriyaya kimyəvi hücumun uğurla həyata keçirilməsi münasibətilə təbrik edir.

Digər məktubda isə polkovnikin həyat yoldaşı öz rəfiqəsi ilə söhbətində deyir ki, Dəməşq şəhərində kimyəvi hücum zamanı ölən uşaqların videosu da internetə Amerika kəşfiyyatı tərəfindən yerləşdirilib.

Dərc edilmiş məlumatlarda Vaşinqtonun Yaxın Şərqdə öz məqsədlərinə nail olmaq üçün hər şeyə getməyə hazır olduğu açıq mətnlə bildirilir. Qeyd edilir ki, ABŞ BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olmadan da Suriyaya hücuma hazırdır.

Həmin sənədləri təqdim edirik. Daha ətraflı məlumat üçün tıklayın


AzVision.az


Teqlər:  





Xəbər lenti