"Obamanın Nobeli əlindən alınsın"

"Obamanın Nobeli əlindən alınsın"
  31 Avqust 2013    Oxunub:1192
Rusiya Dövlət Duması Obamanın Nobel sülh mükafatını əlindən almaq istəyir.
Nobel sülh mükafatı dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə təqdim olunur. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu əsas gətirən Dövlət Duması Obamanın Suriyaya hərbi müdaxiləyə razılıq verəcəyi halda mükafatının alınmasını təklif edib.

“Əgər ABŞ BMT sanksiyalarına məhəl qoymadan Suriyaya hərbi müdaxilə etsə beynəlxalq ictimaiyyət Nobel komitetindən Barak Obamanın mükafatından məhrum etməsini tələb etməlidir”, - deyə Rusiya Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Aleksey Puşkov deyib.

Xatırladaq ki, ABŞ lideri Suriyaya hərbi müdaxilə məsələsini müzakirəyə açıq saxlayıb ancaq prezident hava hücumuna üstünlük verəcəklərini gizlətməyib.



Teqlər:





Xəbər lenti