Ərdoğan Suriyaya müdaxilədən danışdı

Ərdoğan Suriyaya müdaxilədən danışdı
  31 Avqust 2013    Oxunub:1072
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada Kosovaya bənzər əməliyyatların keçirilməsinin tərəfdarı olduğunu açlıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir ABŞ dövlət katibi Con Kerrinin Suriyada məhdud əməliyyatlarla bağlı fikrinə də münasibət bildirib: “Suriyada məhdud əməliyyatların keçirilməsi Türkiyəni təmin etməyəcək. Kosovoya bənzər əməliyyatlar keçirilməlidir və bu əməliyyatlar 1-2 günlük deyil, rejimin devrilməsinə qədər davam etməlidir”.

Məsələnin parlamentdə müzakirəsinə gəlincə isə Ərdoğan deyib ki, hazırda parlamentarilər məzuniyyətdədir, məclisin növbədənkənar iclasının olub-olmayacağını isə ancaq prezidentlə müzakirədən sonra məlum olacaq.

Baş nazir vurğulayıb ki, o, ölüm və tökülən qanların tezliklə dayandırılmasını istəyir: “Suriyanı bu bataqlığa sürükləyənlərin tezliklə ölkədəki vəziyyəti diplomatik yolla aradan qaldıracağını gözləsək də 8 aydır heç bir nəticə yoxdur”.

Qeyd edək ki, ötən gün Türkiyənin müdafiə naziri İsmət Yıldız da bu barədə açıqlama verib. O bidlirib ki, Suriyaya müdaxilə ilə bağlı Türkiyəyə hər hansı tələb irəli sürülməyib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti