Ermənilərin işığı söndü

Ermənilərin işığı söndü
  31 Avqust 2013    Oxunub:1393
Azərbaycanın işğal olunmuş ərazilərindəki ermənilər dilə gəlib.
Ermənilərin Mexvadzor adlandıqları Laçının Mığıdərə kəndində düz 1 aydır işıq yoxdur. Cana doyan ermənilər ibtidai icma quruluşunda yaşamaqdan bezdiklərini deyir. Sakin Meqr Mehrabyan deyir artıq belə yaşamaq mümkün deyil: "XXI əsrdə daş dövründəki kimi yaşayırıq. Bir mənim evimə baxın. Bu evdir? Bu dəmir yığıntısının içində sürünürük. Yayda çox isti olur, qışda çox soyuq. Üstəlik 1 aydır işığımız yoxdur".

Qarik Ayvazyan: "Özümüzü aldatmaqla deyil ki. Belə vəziyyətə dözmək çətindir. İşıq onsuz da fasilələrlə verilirdi. Qazdan danışmaq isə gülünc olardı. Yaxşı ki bulaqlar var yoxsa su üzünə də həsrət qalardıq".

Ermənilər kəndi tərk etməyə hər an hazır olduqlarını deyirlər. Amma separatçı rejimin nümayəndələri buna icazə vermir. Onları zorla işğal olunmuş kənddə saxlayırlar.

Sarkis Xaçaturyan: "Qardaşım bütün deyilənlərə baxmayaraq ailəsini götürüb burdan çıxmağa çalışdı. Amma doğruymuş. Onu buraxmadılar. Hətta hədələdilər".

Anita Gevorkyanın sözlərinə görə, 1 aydır kənd sükunətə qərq olub: "Sivilizasiyadan uzaq, həyatdan kənar. Burdakı uşaqların gələcəyi məhvə məhkumdur. Mən müəlliməyəm. Amma görürəm ki, imkansızlıq ucbatından uşaqların fikirləri oxumaqda deyil".

Qondarma qurumun nümayəndələri isə sakinləri işıq pulu ödəməməkdə suçlayır, çox vaxt isə qəza baş verdiyini bəhanə gətirirlər.


Teqlər:  





Xəbər lenti