İngiltərə parlamenti Suriya ilə bağlı qərar verdi

İngiltərə parlamenti Suriya ilə bağlı qərar verdi
  31 Avqust 2013    Oxunub:1106
İngiltərə hökumətinin Suriyaya hərbi müdaxilə ilə bağlı təklifi parlmentdə müzakirə edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermədə təklif 272 səs lehinə və 285 səs əleyhinə olmaqla qəbul edilməyib.
Bununla da Parlamentin aşağı palatası hökumətin “Hərbi müdaxilə də daxil olmaqla Suriyada baş verənlərə reaksiya” adlanan təklifi qəbul etməyib.

Ölkənin baş naziri Devid Kameron səsvermə nəticələrini açıqlayıb və bildirihb ki, bu qərara uyğun hərəkət edəcək.

Fatimə


Teqlər:





Xəbər lenti