Almaniya Suriyaya hərbi müdaxilə etməyəcək

Almaniya Suriyaya hərbi müdaxilə etməyəcək
  31 Avqust 2013    Oxunub:1361
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Qido Vestervelle bu barədə `Neue Osnabrücker Zeitung` qəzetinə açıqlamasında deyib.
“Bu məsələ ilə bağlı nə bizim fikrimiz soruşulub, nə də bizim belə fikrimiz var” – deyən nazir vurğulayıb ki, bu məsələ ilə bağlı konstitusiyada sərt qaydalar var.

Vestervelle həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurası ortaq fikrə gəlməli və BMT nümayəndələri Suriyadakı çalışmalarını sürətlə bitirməlidirlər.

Eyni zamanda alman hökumətinin nümayəndəsi Şteffen Zaybert də qeyd edib ki, xarici işlər naziri alman hökuməti adından danışıb, heç bir hərbi müdaxilə planlaşdırılmır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti