Ermənistan Rusiya ilə razılaşdı

Ermənistan Rusiya ilə razılaşdı
  30 Avqust 2013    Oxunub:1075
Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan Rusiya ilə qaz məsələsində razılıq əldə olunduğunu bildirib.
Ermənistan Rusiya ilə qazın qiymətinin subsidiyalaşdırılması üçün qrant ayrılması barədə razılığa gəlib. Bu barədə jurnalistlərə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bildirib.

“Qazın qiymətinin subsidiyalaşdırılması üçün qrantın ayrılması ilə danışıqlar artıq yekunlaşıb. Əminliklə deyə bilərəm ki, Ermənistan qazın qiymətinin subsidiyalaşdırılması üçün Rusiyadan vəsait alacaq”, deyə nazir bildirib. Nazir Rusiyanın Ermənistan üçün ayıracağı vəsaitin məbləğini açıqlamayıb.

Məlumatda qeyd olunur ki, ayrılacaq qrant Ermənistana qazın qiymətini 270 dollardan (1000 kubmetrə görə) 189 dollara endirməyə imkan verəcək.

Qeyd edək ki, Ermənistana qaz tədarükünü “ArmRosqazprom” QSC-i həyata keçirir. Bu şirkətin səhmlərinin 80 faizi Rusiyanın “Qazprom” şirkətinə, və yalnız 20 faizi Ermənistan hökumətinə məxsusdur.

Rusiyadan Ermənistana qaz tədarükünün həcmi 2012-ci ildə 22,3 faiz artaraq 1 mlrd. 967,2 mln. kubmetr təşkil edib.

Yeni tariflər 2013-cü ilin iyulundan qüvvəyə minib. Hazırda Ermənistan əhalisi qaz və elektirk enerjisinin haqqını yüksək tariflərlə ödəyir: mavi yanacağın 1 kubmetrinin qiyməti 156 dramdr. Əvvəllər bu rəqəm132 dran təşkil edirdi. İşığın qiyməti isə 30 dramdan 38 drama qaldırılıb.




Teqlər:  





Xəbər lenti