Prezident sammitə görə zürafə gətirtdi

Prezident sammitə görə zürafə gətirtdi
  30 Avqust 2013    Oxunub:1524
Zimbabve prezidenti Robert Muqabe BMT-nin turizm üzrə sammiti ərəfəsində milli zooparka yeni heyvanlar gətirilməsi üçün göstəriş verib.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, BMT-nin turizmlə bağlı sammiti ərəfəsində ölkənin nüfuzunu yüksəltmək üçün heyvanlar Zimbabvenin cənubundan mərkəzə gətiriləcək. Heyvanların Viktoriya şəlaləsinin yaxınlığına gətirilməsində məqsəd turistlərin diqqətini cəlb etməkdir.



Zimbabve ilə Zambiya sərhədində Viktoriya şəlaləsi yaxınlığında baş tutacaq sammit altı gün davam edəcək. Buna görə də, Zimbabve prezidenti antilop, zebra və zürafə daxil olmaqla 300 heyvanı milli parka gətirməyə göstəriş verib.



AzVision.az


Teqlər:





Xəbər lenti