Əsəd meydan oxudu

Əsəd meydan oxudu
  29 Avqust 2013    Oxunub:1048
Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, ölkəsi özünü istənilən təcavüzdən qorumağa hazırdır. Əsədin bəyanatı Suriya dövlət televiziyası ilə oxunub.

“Suriyaya qarşı birbaşa təcavüz xalqımızın müstəqillik prinsiplərinə bağlılığını yalnız möhkəmləndirəcək. Suriya istənilən təcavüz qarşısında özünü müdafiə etməyə hazırdır”.

Qeyd edək ki, Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi barədə məlumatlardan sonra Suriyada vəziyyət yeni mərhələyə qədəm qoyub. Müxalifət kimyəvi hücum zamanı 1300 nəfərin öldüyünü, bir neçə min nəfərin zəhərləndiyini bildirir. Qərb ölkələri, o cümlədən ABŞ və Böyük Britaniya bu məlumatdan istifadə edərək Suriyaya qarı hərbi müdaxilənin mümkünlüyünü bəyan ediblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti