Putin və Ruhaninin Suriya görüşü

Putin və Ruhaninin Suriya görüşü
  29 Avqust 2013    Oxunub:1190
Rusiya və İran prezidentləri telefonla əlaqə saxlayıblar.
Suriyadakı vəziyyət Rusiya və İran prezidentləri arasında telefon danışığının əsas müzakirə mövzusu olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Vladimir Putin və Həsən RuhaniSuriyada kimyəvi silahdan istifadənin yolverilməz olduğunu və münaqişənin “mütləq siyasi və diplomatik yolla” həll edilməsinin vacibliyini vurğulayıblar. Telefon danışığı İran tərəfinin təşəbbüsü əsasında baş tutub.

Bu arada, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri BMT-nin baş katibi Ban ki-Muna müraciət edib. O, üsyançıların hökumət qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı 3 faktı araşdırmasını istəyib.


Teqlər:  





Xəbər lenti