İvanişvili siyasətdən gedəcəyini açıqladı

İvanişvili siyasətdən gedəcəyini açıqladı
  29 Avqust 2013    Oxunub:1598
`2013-cü ilin sonuna kimi gedəcəyəm`
Gürcüstanın baş naziri Bidzina İvanişvili cari ilin dekabrınadək siyasətdən uzaqlaşmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə o, `Bloomberg` ə müsahibə verib.

“İlin sonuna kimi getməyi düşünürəm, ictimai fəaliyyətlə məşğul olacam. Zənnimcə bizim problemimiz hökumətdə deyil, cəmiyyətdədir. Cəmiyyət arasında isə siyasi mədəniyyət çox aşağı səviyyədədir. Siyasi mədəniyyəti ən yüksək səviyyələrə qaldırmaq üçün əlimdən gələni edəcəm”-deyə İvanişvili bildirib.

Baş nazir ölkəsinin NATO-ya üzvlük məsələsinə də toxunub: “Hazırki vəziyyət göstərir ki, hər şey belə yaxşı davam etsə 3-4 ildən sonra Gürcüstanın NATO-ya üzv seçiləcək”.

Bunula yanaşı, baş nazir Gürcüstanın Rusiya ilə əlaqələrinin siyasi sabitlik və iqtisadi cəhətdən vacib olduğunu qeyd edib: “ Rusiya ilə münasibətlərin normallaşması istiqamətində Gürcüstan var qüvvəsi ilə çalışacaq”.

S.Həsənova


Teqlər:  





Xəbər lenti