Obama:“Bu Əsədin işidir”

Obama:“Bu Əsədin işidir”
  29 Avqust 2013    Oxunub:1040
ABŞ prezidenti Barak Obama Suriya paytaxtı Dəməşq yaxınlğında kimyəvi silahın istifadəsi ilə bağlı qərarını açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obama hesab edir ki, kimyəvi silah Suriya hökuməti tərəfindən istifadə olunub. Amerikanın PBS kanalına açıqlama verən prezident bildirib ki, o, Suriya müxalifətinin belə silahlarının olduğuna inanmır.

Kimyəvi silahdan istifadənin Amerikanın milli maraqlarına təsir edəcəyini bildirən Obama deyib ki, xəbərdarlıq atəşi açmaqla Suriyadakı müharibəyə müsbət təsir etmək olar. O hesab edir ki, bu yolla gələcəkdə kimyəvi silahdan istifadə olunmasının da qarşısını almaq mümkündür.

PBS Obamanın hərbi müdaxilə ilə balı heç bir açıqlama vermədiyini bildirib.

İngiltərə isə BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri Suriyadakı mülki vətəndaşları qorumaq üçün tədbirlər görməyi nəzərdə tutan təklif qəbul etməyə çağırıb.


Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti