Aksiyaçı ilə sevişmək istəyən erməni polisi

Aksiyaçı ilə sevişmək istəyən erməni polisi
  29 Avqust 2013    Oxunub:3263
Aksiya fəalını öpən erməni polisinin səlahiyyətləri əlindən alınıb.
Ermənistanda son zamanlar hökumət əleyhinə artan etiraz aksiyalarının birində qeyri –adi hadisə baş verib. Aksiyanı yatırmağa gələn polislərdən birinin ehtirasları coşub və fürsətdən istifadə edərək aksiya fəallarından olan qızı öpüb. Elə azı “şəhvətli” polis qədər cəld tərpənən erməni fotoqrafları onun qızın boğazından öpmə anını lentə ala bilib.

`Dəyənəkdənsə öpüldüyü üçün xeyli razı qaldığını` deyən qız isə polisin ona hətta sevişmək təklif etdiyini də bildirib. Bu hadisə Ermənistanda əməlli-başlı səs-küyə səbəb olub.



Abırının əldən getdiyini görən Ermənistan baş Polis İdarəsi “ səlahiyyət həddini aşan istənilən polisin dərsini vermək lazımdır deyə bəyanat verib. Polis rəisi Vladimir Qasparyanın əmri ilə “etirazçını öpən” polis vəzifəsindən kənarlaşdırılıb. Beləcə erməni polisi bir öpüşün güdazına gedib.

Hazırda erməni polisi, həmkarlarının etirazçını nə üçün öpdüyünü, qızın kimliyini və onun etirazçılarala əlbir olub –olmadığını araşdırır.

S. Həsənova




Teqlər:  





Xəbər lenti