İsrail ehtiyatda olan hərbi qulluqçuları orduya çağırır

İsrail ehtiyatda olan hərbi qulluqçuları orduya çağırır
  29 Avqust 2013    Oxunub:1156
Ölkənin şimalına əlavə hava hücumundan müdafiə və raketdən müdafiə kompleksləri gətirilib

İsrail hökuməti avqustun 28-də ehtiyatda olan hərbi qulluqçuların həqiqi orduya çağrılması ilə bağlı qərar qəbul edib.

“Agence France-Presse” bildirir ki, xidmətə çağırılmış ehtiyat hərbi qulluqçularının dəqiq sayı bilinmir. Yalnız o bəllidir ki, bu Suriya sərhədində yerləşən bölmələri gücləndirəcəklər.

Bundan başqa, bir neçə saat öncə İsrailin şimalına əlavə hava hücumundan müdafiə və raketdən müdafiə kompleksləri gətirilib.


Teqlər:  





Xəbər lenti