Rusiya və Çin təmsilçiləri BMT-nin Suriya iclasını tərk etdi

Rusiya və Çin təmsilçiləri BMT-nin Suriya iclasını tərk etdi
  29 Avqust 2013    Oxunub:1244
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Suriyada vəziyyətə dair təcili toplantı keçirilir.
"İnterfax" agentliyinin verdiyi məlumata görə, İngiltərənin Baş naziri David Kameron Böyük Britaniya hakimiyyət orqanlarının Suriyada son vəziyyətə dair hazırladığı qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etdiyini bəyan edib.

BBC-nin verdiyi məlumata görə, hazırlanmış qətnamə layihəsində Suriyada yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə təlimatlar öz əksini tapıb.

Xarici mətbuatın verdiyi məlumata görə, çin və rusiyalı diplomatlar Təhlükəsizlik Şurasını tərk ediblər. Bu isə oradadı müzakirələrin gərgin keçdiyini göstərir.


Teqlər:





Xəbər lenti