Merkelin yatağından narkoman-kulturist çıxdı

Merkelin yatağından narkoman-kulturist çıxdı
  28 Avqust 2013    Oxunub:2983
24 yaşlı narkoman- kulturist Almaniya kanslerinin təyyarəsindəki yatağına girib
Ötən həftə mətbuiatda yayılan məlumatlara görə, naməlum türk vətəndaşı kulturist Volkan Tod, Almaniya kansleri Anqela Merkelin şəxsi təyyarəsinə minib, yarıçılpaq vəziyyətdə rəqs edib, daha sonra pilotların kabininə daxil olub və təyyarəni işə salmağa cəhd edib. Bu da azmış kimi yanğın söndürən köpüklə Merkelin bahalı salonunu məhv edib və necə edibsə təhlükəsizlik şarını buraxmağı bacarıb.

Onu tutub, dindirib sonra da buraxıblar. Lakin hər şey bunula bitməyib. Ötən bazar ertəsi günü həmin Tod yenidən kanslerin təyyarəsinin göyərtəsinə qalxıb və... hökumət başçısının çarpayısında yatıb.

Ağılasığmazdır amma, ciddi mühafizə olunan Köln-Bonn aeroportunun ərazisinə türk kulturist yerli polisin ona əlbəəl verdiyi buraxılış vərəqəsi vasitəsi ilə keçib. 24 yaşlı gənc polisə elə qəmli hekayə danışıb ki, polisin ona ürəyi yanıb. Həmçinin deyib ki, guya hərbiçidir və sənədlərini evində unudub.

Volkan bir neçə saat Merkelin yatağında yatıb, sonra özü də bilmədən siqnalizasiya sistemini işə düşməsinə səbəb olan hərəkət edib. Təhlükəsizlik xidməti meqafon vasitəsilə ondan könüllü olaraq təyyarəni tərk etməsini xahiş edib, lakin gənc buna əhəmiyyət verməyib. Buna görə də polis xüsusi əməliyyat keçirməyə məcbur olub. Sonda onlarla polis və bir it narkoman-kulturusti Merkelin yatağından çıxara biliblər. Hətta it onun ayağını iki yerdən dişləyib.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti