Xanım jurnalist merin qarşısında soyundu-VİDEO

Xanım jurnalist merin qarşısında soyundu-VİDEO
  27 Avqust 2013    Oxunub:1626
Kanadalı jurnalist Lori Velburn Keloun şəhərinin meri qarşısında soyunub.
Qeyd edək ki, müsahibənin mövzusu qadınların topless gəzmək hüququ ilə bağlı olub.

Lori Velburn mer Uolter Qreylə müsahibəsinə adi qaydada başlayıb, onunla Nyu-Yorkda barların birində qadınlara topless geyinməyin qadağan olunması məsələsini müzakirə edib. Sonra Velburn merə “Keloun qadınlarının qanunla toples gəzmək hüququ varmı”-deyə sual verib.

Mer cavab verənə kimi, jurnalist xanım mikrofonu saxlamasını xahiş edərək onun qarşısında köynəyini soyunub və yarıçılpaq vəziyyətdə oturub. Əvvəlcə Uolter Qrey çaş-baş qalsa da, sonra “qanunən qadınlar ictimaiyyət arasında sinəsi açıq gəzə bilərlər” deyə cavab verib.

“Belə etməyinizi məsləhət görməzdim, ancaq siz heç bir cinayət etmirsiniz” –mer sözlərinə əlavə edib.

Sonra o, mətbuata məlumat verib ki, bütün bunlar qabaqcadan planlaşdırılmış şəkildə həyata keçirilib. Məlum olub ki, yerli On The Rocks radiostansiyasında baş tutan müsahibə “Go Topless Day” günü (qadınlar kişilərlə bərabər hüquqa malik olduqlarını göstərmək üçün sinəsi açıq gəzməklə nümayişlər keçirirlər-red.) münasibətilə hazırlanıbmış.



S. Həsənova


Teqlər:  





Xəbər lenti