ABŞ-da bir ayda 19 hərbçi intihar edib

ABŞ-da bir ayda 19 hərbçi intihar edib
  27 Avqust 2013    Oxunub:1155
ABŞ ordusunun yaydığı hesabatda, bu ilin iyul ayında hərbçilər arasında intihar faktlarının çoxaldığı bildirilib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, iyul ayında 19 amerikalı hərbçi intihar edib.18 intiharla bağlı cinayət işi qaldırılıb, bir intiharın səbəbləri isə tamamilə məlum olub.

İyun ayında isə 14 intihar hadisəsi qeydə alınıb və hamısının da səbəbləri məlumdur.

Hesabatda qeyd olunur ki, 2013-cü ilin ilk günlərindən bu vaxta qədər 94 hərbçi intihar edib. Bunlardan 46-nın səbəbləri müəyyənləşdirilir, 48 cinayət barədə isə hələ də təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti