İnternetin 75%-i izlənilir

İnternetin 75%-i izlənilir
  25 Avqust 2013    Oxunub:1225
Amerikanın Milli Təhlükəsizlik Agentliyi etiraf edib ki, terrorizm ilə heç bir bağlılığı olmayan vətəndaşların da elektron poçtlarını izləyib və bu zaman doğrudan da qanunu pozub.
2008-11-ci ilər arasında ən azı 56 min adamın belə bir qanunsuzluqla üzləşdikləri bildirilir. “The Wall Street Journal” qəzetinin yazdığına görə agentlik əslində 2001-ci ildən bu işlə məşğuldur və özəl `Blarney`, `Fairview`, `Oakstar`, `Lithium` və `Stormbrew` proramlarını tətbiq etməklə həm elektron poçtlarını, həm də telefon danışıqlarını izləyir.

Qəzet onu da yazır ki, Ağ ev buna izn verdiyindən Amerikanın xüsusi xidmət orqanları ölkənin internet məkanının 75 faizini tam leqal şəkildə nəzarətdə saxlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti