Sərkisyanın səlahiyyətləri əlindən alınır

Sərkisyanın səlahiyyətləri əlindən alınır
  24 Avqust 2013    Oxunub:1205
Ermənistan Konstitutsiyasına dəyişiklik edəcək.
AzVision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yerli hökumət 2014-cü ildə Konstitusiyaya dəyişiklərlə bağlı referendum keçirməyə qərar verib. Artıq dəyişikliklər üzrə hazırlıqlara başlayıb.

Yeni Konstitutsiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq. Yəni, Sərkisyan hazırkı səlahiyyətlərini parlamentin ixtiyarına buraxmalı olacaq.

Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan 2017-ci ildə istefa verə və qarşıdakı parlament seçkilərində qalib gələrsə, baş nazir seçilə bilər.

Məlumata görə dəyişiklikləri hazırlayan komissiyanın sədri olaraq Qaqik Arutyunyan seçilib. Komissiya tam gücü ilə cari ilin dekabrından fəaliyyətə başlayacaq.
AzVision.az


Teqlər:





Xəbər lenti