`Məmmədyarov və Lavrovla görüşə hazıram` - Erməni nazir

`Məmmədyarov və Lavrovla görüşə hazıram` - Erməni nazir
  20 Fevral 2017    Oxunub:1613
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiyanın XİN başçılarının mümkün görüşü barədə konkret razılaşma yoxdur.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Ria-Novosti”yə müsahibəsində deyib. Onun sözlərinə görə, rəsmi İrəvan belə görüşlərdə iştirak etməyə hazırdır.

“Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə konkret razılaşma yoxdur. Münxen təhlükəsizlik konfransı çərçivəsində mənim ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, eləcə də Azərbaycanın xarici işlər naziri ilə görüşüm olub. Biz həmişə demişik ki, görüşlərə hazırıq. Əgər görüş üçün yer yoxdursa, bu bizim günahımız deyil”.

Nazir bildirib ki, həmsədrlərlə görüş zamanı sülh prosesinin irəliləməsində zəruri şəraitin yaradılması üçün səyləri davam etdirmək qərara alınıb: “Bu məqsədlə həmsədrlər yaxın həftələrdə regiona səfərə hazırlaşırlar”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti