`Azərbaycanın Rusiyadan silah alması İrəvanın xoşuna gəlmir` - Nalbandyan

`Azərbaycanın Rusiyadan silah alması İrəvanın xoşuna gəlmir` - Nalbandyan
  20 Fevral 2017    Oxunub:1571
“Azərbaycanın Rusiyadan silah alması şübhəsiz Ermənistanın xoşuna gəlmir”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Ria-Novosti”yə müsahibəsində deyib.

“Əlbəttə, Azərbaycanın Ermənistanla qarşılıqlı əlaqədə olan və Minsk qrupunun həmsədri kimi regionda sülhün və sabitliyin qorunub saxlanılmasına səy göstərən müttəfiqimizdən (Rusiyanı nəzərdə tutur-red) silah alması rəsmi İrəvanın xoşuna gələ bilməz”.

O, qeyd edib ki, Ermənistan güc balansının qorunub saxlanması üçün səy göstərməyə məcburdur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti