Ancelina Colidən Trampa etiraz: `Bu, əsl Amerika deyil`

Ancelina Colidən Trampa etiraz: `Bu, əsl Amerika deyil`
  20 Fevral 2017    Oxunub:3022
Dünyanın ən gözəl qadınlarından biri hesab edilən Ancelina Coli ABŞ prezidenti Donald Trampın miqrant siyasətinə qarşı çıxıb.
AzVision.az-ın məlumatına görə, “BBC”-yə müsahibə verən aktirsa bildirib ki, ölkə qorxularla deyil, həqiqətlərə söykənən qərarlarla idarə edilməlidir:

“Amerika xalqı bütün prezidentlərdən daha böyükdür. Ölkəmə və dəyərlərimizə inanıram. Hazırda hiss etdiyimiz çox şeyin bünövrəsində qorxu və nifrət yaymaq, insanları irqlərinə və fikirlərinə görə ayırmaq var. Bu, əsl Amerika deyil. Amerikada da insanların “məncə, bu, Amerika deyil, bu, konstitusiyaya ziddir” dediklərini eşidirik”.

A.Coli, həmçinin Bred Pitlə boşanması haqqında danışıb: “ Bu haqda çox danışmaq istəmirəm. Çox çətin vaxtlardır. Biz ailəyik və hər zaman ailə qalacağıq. Biz bu dövrü yaşayacağıq və ümid edirəm ki, daha güclü bir ailə olacağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti