Bakı-Novorossiysk bərpa olunacaq

Bakı-Novorossiysk bərpa olunacaq
  23 Avqust 2013    Oxunub:1256
Azərbaycanın dövlət neft şirkəti (SOCAR) Rusiyanın “Rosneft” şirkəti ilə ildə 5 milyon ton “Urals” markalı neftin Bakı-Novorossiysk neft kəməri ilə daşınması barədə danışıqlar aparır.
“SOCAR”ın prezidenti Rövnəq Abdullayev bildirib ki, tərəflər arasındakı danışıqlar Rusiya prezidentinin bu yaxınlarda Bakıya səfəri ərəfəsində əməkdaşlıq və neft daşınması ilə əlaqədar imzalanmış razılaşmanın şərtlərinə uyğun aparılır. Onun sözlərinə görə, tərəflər Bakı-Tiflis-Ceyhan boru kəməri ilə “Rosneft”in fərdi paya malik olduğu İtaliya və Almaniyanın neft emalı zavodlarına “Urals” markalı neftin qismən nəql edilməsi haqqında danışıqlar aparır. Həmçinin Azərbaycanda Rusiya neftinin emalı imkanları araşdırılır. Bunu nəzərə alaraq, bu ilin mayın 5-də Rusiyanın baş naziri Dmitri Medvedyev Bakı-Novorossiysk boru kəməri ilə neft tranziti haqqında Rusiya Federasiyası ilə Azərbaycan arasında müqavilənin dayandırılması barədə sərəncamı imzalamışdı.

Hadisələrin bu cür inkişafı belə bir fikir formalaşdırıb ki, Bakı ilə Moskva münasibətlərində və energetika sahəsində iki ölkənin əməkdaşlığında problemlər mövcuddur. Digər tərəfdən, bəzi Rusiya şirkətləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft daşınmasında maraqlıdır. Belə ki, “Rosneft”in rəhbəri İqor Seçin “SOCAR”la əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti