Azərbaycanlı idmançı Sarkisyana qalib gəldi

Azərbaycanlı idmançı Sarkisyana qalib gəldi
  16 Dekabr 2016    Oxunub:11025
Kiprin Limassol şəhərində sambo üzrə kadetlərin (məktəblilərin) dünya çempionatı keçirilir.
AzVision.az xəbər verir ki, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun Sputnik-ə verdiyi məlumata görə, yarışın ilk günündə 42 kq çəki dərəcəsində qızıl medalı azərbaycanlı idmançı Hacəli Qasımov qazanıb. O, finalda erməni idmançı Karen Sarkisyana qalib gəlib.

Azərbaycanın aktivinə bürünc medalı isə 55 kq çəki dərəsində Vilayət Bayramov yazdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti