98 türk girov götürüldü

98 türk girov götürüldü
  23 İyul 2013    Oxunub:1293
Misirdə 98 nəfər yük maşını sürücüsü girov götürülüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücülər Port Səid limanında saxlanılır.

Onlar Türkiyədən götürdükləri yükü Misir və Səudiyyə Ərəbistanına təhvil verdikdən sonra ölkələrinə geri qayıdanda girov götürülüblər.
Yük maşınlarının girov götürülməsinin iki ölkə arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf etməsi Türkiyəyə sanksiya kimi şərh olunub.
Qahirədəki Türkiyə səfirliyi problemi aradan qaldırmağa çalışsa da, hazırda türk sürücülərin çölə çıxmaqlarına belə icazə verilmir. Sürücülərin 25 gündür ki, limanda saxlanıldığı və buna səbəb onların səfərini təşkil edən türk şirkəti SİSA-nın 1, 5 milyon dollar borcunun olmasıdır. Elə bu səbəbə görə də sürücülərin pasportları əllərindən alınıb.

Məsələ ilə bağlı Misir mətbuatına açıqlama verən Port Səiddəki Türkiyə baş konsulu Adil Lamey bildirib ki, Ro-Ro səfərlərini təşkil edən şirkət SİSA-nın fəaliyyəti maddi sıxıntılara görə müvəqqəti olaraq dayandırılıb.

Lamey həmçinin iki ölkə arasında başqa səfərlərin də olduğunu və onlarda heç bir problem olmadığını vurğulayıb.

İraq və Suriyadan sonra Misirdə də başlayan vətəndaş müharibəsi Türkiyənin Orta-Şərqə mal ixracında problemlər yaradıb.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti