Türkiyə Azərbaycanı D-8-ə üzv seçilməsi münasibətilə təbrik etdi

   Türkiyə Azərbaycanı D-8-ə üzv seçilməsi münasibətilə təbrik etdi
  19 Dekabr 2024    Oxunub:395
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Türkiyənin xarici işlər naziri Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, eləcə də, Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti