MN rəsmisi: Ermənistan müharibə dövründə humanitar hüququ pozub

      MN rəsmisi:    Ermənistan müharibə dövründə humanitar hüququ pozub
  20 Dekabr 2024    Oxunub:498
Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozub, Gəncə və Bərdə şəhərlərinə raket hücumu zamanı mülki əhaliyə və obyektlərə ciddi ziyan vurub.
Bunu Müdafiə Nazirliyinin əməkdaşı Səlim Əhmədov Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib. O qeyd edib ki, Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 174 nəfər yaralanıb:

“Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 19-u kişi, səkkizi qadın, ikisi uşaq olmaqla 29 nəfər həlak olub. Bu hücum zamanı 71-i kişi, 26-sı qadın, 15-i uşaq olmaqla ümumilikdə 112 nəfər ciddi xəsarət alıb”.


AzVision.az


Teqlər:





Xəbər lenti