“Dolce & Gabbana” bağlandı

“Dolce & Gabbana” bağlandı
  23 İyul 2013    Oxunub:1005
Məşhur italiyalı dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana Milandakı mağazalarını üç gün müddətinə bağlayıblar.
AzVision.az məlumat verir ki, boşalmış vitrinlərdə müxtəlif dillərdə yazılmış “etiraz əlaməti olaraq” lövhəcikləri yerləşdirilib. Qeyd edək ki, şirkət Milanda doqquz mağazasını bağlayıb və 250 işçisinin maaşı azaldılıb.

Bir neçə ildir ki “Dolce & Gabbana”nın baniləri İtaliyanın vergi və məhkəmə orqanlarının diqqət mərkəzindədir. Təhqiqata görə, 2004-cü ildə Lüksemburqda “Dolce & Gabbana Luxemburg sarl and Gado sarl” şirkətləri yaradılan zaman dizaynerlər maliyyə hesablarında təhriflərə yol verib və vergi sənədlərini saxtalaşdırıblar. Nəticədə onlar İtaliya dövlət xəzinəsinə 1 milyard avro vergidən yayınıblar.

Milan məhkəməsi bir ay əvvəl dizaynerləri vergidən yayınmaqda təqsirli bilərək hər birinə 20 ay həbs cəzası verib və 500 min avro cərimə edib. Məhkəmə bildirib ki, şirkətin təxminən 200 milyon avro təşkil edən bazası vergidən yayınır.

Bu, məhkəmənin son qərarı deyil. Dolçe və Qabbananın vəkilləri apelyasiya məhkəməsinə şikayət ediblər. Dizaynerlər vergidən heç vaxt yayınmadıqlarını və bəraət qazanacaqlarını bildiriblər.

“Dolce & Gabbana” şirkəti 1982-ci ildə yaradılıb. 2011-ci ildə firmanın gəliri 1,5 milyard dollar təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti