Ərdoğan: Biz şikayət edənlərdən olmayacağıq

Ərdoğan: Biz şikayət edənlərdən olmayacağıq
  21 İyul 2013    Oxunub:1354
İslam dünyasındakı problemlər çox davam etməyəcək.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İmam Xətib Liseylərinin Məzunları Dərnəyindəki iftar mərasimində iştirak edib. O, mərasimdə İslam dünyasının problemlərinin müvəqqəti olduğundan danışıb.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Suriyadakıların da ağır bir qətliama məruz qaldıqlarını bildirən Ərdoğan qeyd edib: "Əmin olun ki, bizim bu gün İslam dünyasında şahid olduğumuz problemlər, ağrı-acılar müvəqqətidir. Bu imtahandan uğurla keçə bilsək, mütləq müsbət nəticəni görəcəyik".

Baş nazir zülmün uzun müddət davam etməyəcəyini bildirib. Onun sözlərinə görə, səbr edən, imanını və ümidini mühafizə edən, Allahın hər an yanında olduğuna inanan birisi üçün zəfər mütləqdir: "Məhz bunun üçün nə İslam coğrafiyasındakı, nə də öz ölkəmizdəki hadisələr qarşısında əsla ümidsiz qalmayacağıq. Biz şikayət edənlərdən də olmayacağıq".

Ərdoğan bildirib ki, biz İslam dünyasının vəziyyətinə baxıb ümidsizliyə düçar olmayacağıq.

AzVision.az



Teqlər:  





Xəbər lenti