Pakistan-Azərbaycan hərbi əlaqələri güclənir

Pakistan-Azərbaycan hərbi əlaqələri güclənir
  27 İyun 2013    Oxunub:1175
Azərbaycanın ordu günü Pakistanda qeyd olunub
Azərbaycanla Pakistan arasında müxtəlif sahələrdə əlaqələrin daim inkişafda olmasına baxmayaraq, hərbi sahədə əməkdaşlığa xüsusi diqqət ayrılması daha da vacibdir.

Elə bu baxımdan da Azərbaycan ordusunun 95 illik yubileyində Pakistanlı zabitlər, diplomatlar, iş adamları, ehtiyatda olan zabitlər Azərbaycanın sevincinə şərik çıxırlar- deyə pakobserver.net Pakistanda Azərbaycanın ordu günü münasibətilə keçirilən tədbiri şərh edərkən yazır.

Məqalədə iki ölkə arasında hərbi təlimlərin keçirildiyi, hərbi təhsil mübadiləsinin olduğu bildirilir. Azərbaycan ordusunun Cənubi Qafqazda ən böyük və güclü ordu olduğu vurğulanır.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti