Prezident konstitusiyanı dəyişməyi təklif etdi

Prezident konstitusiyanı dəyişməyi təklif etdi
  27 İyun 2013    Oxunub:1242
Misir prezidenti Məhəmməd Mürsi konstitusiyada dəyişikliklər edilməsi üçün təklif irəli sürüb. Mürsi müxalifəti dəyişikliklərin hazırlanmasında iştirak etməyə çağırıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, televiziya vasitəsilə yarım saatlıq müraciətində Mürsi digər partiyaların liderlərini Konstitusiya Şurasına sədr seçmək üçün müzakirələrdə iştirak etməyə çağırıb. Misir prezidenti həmçinin bildirib ki, müsəlman və xristian ruhaniləri daxil olmaqla, nüfuzlu dövlət xadimlərinin üzv olacağı “milli barışıq” üçün komitə yaratmağı planlaşdırır.

Mürsi prezident olduğu müddətdə səhvlər buraxdığını etiraf edib. Amma bunda keçmiş prezident Hüsni Mübarəkin zamanında işləyən məmurları günahlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti