Ölkəyə girənlər həbs olunacaq

Ölkəyə girənlər həbs olunacaq
  26 İyun 2013    Oxunub:1138
Suriya prezidenti Bəşər Əsəd ölkəyə qanunsuz girənlərin həbsini və cəriməsini nəzərdə tutan qanun qəbul edib.
Suriya ərazisinə qanunsuz daxil olanları 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, qanuna görə ölkəyə gizli girənlər 5 - 10 milyon Suriya funtu (25000 – 50000 dollar) dəyərində cərimə oluna bilər. Yeni qanuna əsasən həbs cəzası və cərimə eyni şəxsə də aid edilə bilər.

Qeyd edək ki, münaqişə müddətində hadisələrin təfərrüatını öyrənmək üçün çoxlu xarici jurnalistlər qanunsuz şəkildə Suriya ərazisinə daxil olublar. Hökumət KİV üçün vizaların miqdarını azaltdıqdan sonra jurnalistlər şikayət ediblər. Onlar bildirirlər ki, həlak olanlar və hadisələr barədə informasiyalar təhrif olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti