Saakaşvili həbs ediləcək

Saakaşvili həbs ediləcək
  26 İyun 2013    Oxunub:1305
Bidzina İvanişvili bunu istəməsə də Gürcüstan prezidentinin həbs ediləcəyini istisna etməyib.
Gürcüstanın baş naziri Bidzina İvanişvili İsrail mətbuatına müsahibəsində prezident Mixeil Saakaşvilinin 2013-cü il prezident seçkilərindən sonra həbs ediləcəyini istisna etməyib. Bunula yanaşı İvanişvili prezidentin həbsini heç istəmədiyini qeyd edib.

“ Saakaşvili məsul şəxs olub, qərarları da özü qəbul edib. Lakin istəmirəm ki, o həbs edilsin, ancaq bu istisna deyil. Prokurorluq, məhkəmə var və hər kəs qanun qarşısında cavabdehdir. Mən onunla danışıqlar aparmaq niyyətində deyiləm”-deyə İvanişvili bildirib.

Baş nazir, ədliyyə naziri və baş prokuror dəfələrlə bəyan ediblər ki, Gürcüstan prezidenti müxtəlif məsələlərin araşdırılması ilə bağlı məhkəmədə dindirilə bilər.

Xatırladaq ki, 2012-ci il parlament seçkilərinin nəticələrinə görə Bidzina İvanişvilinin rəhbərlik etdiyi “ Gürcü Arzusu” koalisiyası qalib gəldi, prezidentin keçmiş hakim partiyası “Vahid Milli Birlik” partiyası isə müxalifətə keçdi. Hazırda parlament və hökuməti “Gürcü Arzusu” təmsil edir.

Qeyd edək ki, Gürcüstan prezidenti 5 il müddətinə seçilir. Gürcüstanda sonuncu prezident seçkiləri 2008-ci il yanvarın 5-də keçirilib. O zaman Saakaşvili ikinci müddətə prezident seçildi.

Parlament tərəfindən konstitutsiyaya edilən dəyişikliklərə əsasən Gürcüstanda növbəti prezident seçkiləri 2013-cü ilin oktyabrında keçiriləcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti