Etirazçılar yenə İstanbul küçələrində

Etirazçılar yenə İstanbul küçələrində
  26 İyun 2013    Oxunub:1071
Türkiyədə minlərlə nümayişçi yenə İstanbul küçələrinə axışıb. Üç həftədən çox müddətdə hökumətə qarşı davam edən kütləvi aksiya hələ qurtarmaq bilmir.
AzVision.az Hurriyet Daily News-a istinadən məlumat verir ki, etiraz aksiyaları zamanı həlak olan dörd insanı anmaq üçün minlərlə etirazçı yenə İstanbuldakı Taksim meydanına toplanıb. Onlar eyni zamanda etirazçının ölümündə təqsirli bilinən polisin azadlığa buraxılmasına qarşı çıxıblar. Analoji aksiyalar Türkiyənin bir neçə şəhərində keçirilib. Etirazlar polis nəzarəti altında keçirildiyindən sakitlik təmin olunub.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan baş verənlərdə radikal qrupları təqsirləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti