Liberman: `İsrail Qəzzanı işğal etməlidir`

Liberman: `İsrail Qəzzanı işğal etməlidir`
  25 İyun 2013    Oxunub:1262
İsrailin keçmiş Xarici işlər naziri, hazırda knessetin Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri işləyən Avigdor Liberman yenə sərt bəyanatlarla çıxış edib.
O bildirib ki, ölkənin cənubuna endirilən raket zərbələrindən sonra, İsrail hökuməti Qəzza bölgəsinı yenidən işğal etmək barədə düşünməlidir. Libermanın sözlərinə görə, "Həmas" silahlılarının əlindəki raketlər İsrailə ciddi təhlükə törədir.

"Onların bizimlə razılığa gəlmək niyyəti yoxdur. Buna görə də, İsrail ordusu Gəzzaya geri dönərək oranı silahlılardan təmizləməlidir" -sitatın sonu. Xatırladaq ki, 1 gün əvvəl İsrail ordusu Gəzzadan endirilən hava zərbələrinə cavab olara bu əraziləri bombalamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti