Berluskoni siyasətdən gedir

Berluskoni siyasətdən gedir
  25 İyun 2013    Oxunub:1270
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib ki, məhkəmənin onun barəsində çıxardığı hökm onu İtaliya siyasətindən kənarlaşdırmaq məqsədi güdür.
“Mənə qarşı edilən hərəkətlərə müqavimət göstərəcəm, çünki mən günahsızam və İtaliyada ədaləti təmin etmək üçün heç bir halda mübarizə meydanını tərk etmək niyyətim yoxdur” – Berluskoni söyləyib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bir gün əvvəl Milan məhkəməsi yetkinlik yaşına çatmayan şəxsə qarşı törətdiyi təcavüzə görə keçmiş italiyalı baş nazirə 7 il həbs cəzası verib. Həmçinin məhkəmə Berluskoniyə ömürlük dövlət vəzifəsini tutmağı qadağan edib. Hökmə görə o, şikayət edə bilər.

Ekspertlər ehtimal edirlər ki, siyasətçi barmaqlıqlar arxasında olmacaq. İtaliya məhkəmə sisteminə görə, 70 yaşdan yuxarı şəxslər adətən ev dustağı olurlar. Qeyd edək ki, Berluskoninin 76 yaşı var.

AzVision.az


Teqlər:





Xəbər lenti