Nazir seriala çəkilib - VİDEO

Nazir seriala çəkilib - VİDEO
  25 İyun 2013    Oxunub:1313
Gənclər və idman naziri Suat Kılıç 2020 İstanbul Olimpiadaları üçün bir seriala qonaq aktyor olub
Türkiyənin gənclər və idman naziri Suat Kılıç 2020 İstanbul Olimpiadaları üçün bir seriala qonaq olub. Türkiyə mətbuatının məlumataına görə, nazir TRT1 kanalında yayımlanan “Səksənlər” adlı serialda rol alıb.

Serialda idmanla məşğul olan bir gənci canlandıran nazir, idman etməyin əhəmiyyətindən və İstanbulda keçiriləcək olimpiadalardan danışıb.

Serialın Suat Kılıçın iştirak etdiyi seriyası hələ yayımlanmayıb.

Aktyorluğu ilə bağlı açıqlama verən nazir 2020 olimpiadalarına mediadan və xalqdan böyük dəstək gəldiyini bildirib: “2020 Olimpiadalarına dəstək verənlər çoxdur. Bu mənada ən əhəmiyyətli dəstək də “Səksənlər” serialından gəldi. Serialda kiçik bir rol oynadım. Prodüser Birol Güvənə təşəkkür edirəm”.





Teqlər:  





Xəbər lenti