Hillari Klinton prezident olacaq?

Hillari Klinton prezident olacaq?
  24 İyun 2013    Oxunub:1499
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, indi ABŞ-da qadının prezident olmasının vaxtı yetişib.
Klintonun sözlərinə görə, Ağ Evdə qadın prezident qızlar üçün nümunəvi ola bilər. AzVision.az Daily Mail-ə istinadən məlumat verir ki, keçmiş dövlət katibinin verdiyi şərhlər ictimaiyyətdə şayiələr doğurub: bəlkə də o prezidentliyə namizədliyini irəli sürəcək.

Hillari Klinton Torontoda beş min nəfərlik tərəfdarına söyləyib ki, o, yaşadığı dövrdə ABŞ-da qadın prezidentin hakimiyyətə gəlməsini görmək istəyir. O, eyni zamanda siyasətə atılan qadını çətinlik gözlədiyini vurğulayıb. Klinton prezidentliyə namizədliyini irəli sürəcək qadına şəxsən səs verəcəyini də əlavə edib.

Qeyd edək ki, Klinton 2008-ci ildə prezidentliyə namizədliyini irəli sürmüşdü. Lakin o, Barak Obamaya uduzmuşdu. Obama onu ABŞ-ın dövlət katibi vəzifəsinə təyin etmişdi.



AzVision.az


Teqlər:





Xəbər lenti