İsveçdə ultrasağçılar güclənir

İsveçdə ultrasağçılar güclənir
  24 Avqust 2015    Oxunub:1547
İsveçin ekstrimist-sağ yönümlü demokratik partiyasının ilk dəfə insanlar arasında nüfuzunun xeyli artığı müşahidə olunub.

AzVision.az Fransanın “France-Fress” agentliyinə istinadən xəbər verir ki, “Metro” adlı qəzetin keçirdiyi sorğunun nəticəsində məlum olub ki, sağ yönümlü İsveç Demokratik partiyasının gəlmələrə, eləcə də qaçqınlara qarşı çıxışları xalq arasında rəğbətlə qarşılanır. Monitorinq zamanı əhali tərəfindən İsveç sağçı partiyasına 25,2%, Sosial-Demokratlara 23,4%, Konservativlərə isə 21% səs verilib.

İsveç sağ yönümlü Demokratik partiyası hələ 2010-cu ildəki parlament seçkilərində 3-cü yerə yüksələ bilmişdi və 2014-cü ilə qədər ali qanunverici orqandan təmsil olunmağı bacarmışdı, lakin digər 7 partiya onunla birgə əməkdaşlıqdan vaz keçmişdi.

Xatırladaq ki, sorğu 17 avqust tarixində İsveçdə 1500 nəfər seçiçi hüququ olan kəslər arasında keçirilib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti