`Ərdoğanın casusları` məhkəməyə çıxarılır

`Ərdoğanın casusları` məhkəməyə çıxarılır
  24 Avqust 2015    Oxunub:1873
Türkiyə Milli Təhlükəsizlik Təşkilatına (MİT) çalışdığı üçün həbs edilən 3 nəfər türk casusun sentyabr ayının 9-də təkrar məhkəməsi keçiriləcək.

AzVision.az Almaniyanın “Focus” jurnalına istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğanın keçmiş sözçüsü Muhammed Taha Gergerlioğlu və digər iki şəxs haqqında Koblenz şəhəri yüksək əyalət məhkəməsində yenidən hüquqi proses başlayacaq.

2015-ci ilin may ayından davam edən işin, nəhayət, senyabr ayında yekun həlli gözlənilir. Həbs edilən Muhammed Taha Gergerlioğlu, 59 yaşlı Ahmet Duran və 34 yaşlı Göksel adlı hər 3 türk 2013-2014-cü illərdə Hakan Fidanın rəhbəri olduğu Türkiyə Milli Təhlükəsizlik Təşkilatına (MİT) işləməkdə təqsirkar bilinirlər.

O da bildirilir ki, Almaniya təhlükəsizlik xidməti hər üç şəxsi 6 ay fasiləsiz gizlicə izlənilib.

Gergerlioğlu Almaniya vətəndaşı olmadığı üçün 2014-cü ildən bu yana həbsdə saxlanılır. Digər şəxslər isə Almaniya vətəndaşı olduqlarına görə, müvəqqəti olaraq sərbəst buraxılıblar, lakin təkrar keçiriləcək məhkəmədə bir daha hakim qarşısında cavab verməli olacaqlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti