Neft qiymətləri 6 illik minimuma düşdü

Neft qiymətləri 6 illik minimuma düşdü
  24 Avqust 2015    Oxunub:2095
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 3,9 faiz azalaraq 43,72 dollara düşüb. Bununla da neftin qiyməti 2009-cu ilin martından bəri ən aşağı qiymətə düşüb.
Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyakov neftin qiymətinin 40 dollardan aşağı olacağını istisna etmir: `Lakin bu çox az müddət çəkəcək`.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin neft qiymətlərinin aşağı düşərək bir neçə il ərzində 30-40 dollar səviyyəsində olacağı barədə bəyanatını şərh edən Ulyakov qeyd edib ki, o bu cür qiymətləndirmə ilə razı deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti