İrandan neftin qiymətini kəskin salacaq addım

İrandan neftin qiymətini kəskin salacaq addım
  24 Avqust 2015    Oxunub:2613
İranın neft naziri Bican Namdar Zanqane bəyan edib ki, rəsmi Tehran nəyin bahasına olursa olsun neft hasilatını artıracaq.
Bu barədə AzVision.az `Bloomberg`ə istinadən xəbər verir.

Zanqanenin sözlərinə görə, Iranin bundan başqa çıxış yolu yoxdur: `Əgər İran neft hasilatı həcmlərini artırmasa, onda bazardakı payını itirəcək`.

Nazir həmçinin vurğulayıb ki, İran OPEK (Neft ixrac edən ölkələrin təşkilatı) təcili iclasının keçirilməsi ideyasını dəstəkləyir. Onun fikrincə, görüş bazarda neft qiymətlərinin aşağı düşməsi prosesinin dayandırılması ilə nəticələnə bilər.

Dünya Bankı (DB) 2016-cı ildə İrana qarşı sanksiyalar ləğv olunandan sonra neftin gələn il üçün proqnozlaşdırılan 66 dollar dəyərini daha 10 dollar salacağını açıqlayıb.

Daha əvvəl İran Milli Neft Şirkəti (NİOC)-in beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari bəyan etmişdi ki, sanksiyaların aradan qaldırılmasından sonra İran neft hasilatını maksimum şəkildə artırmağa, həmçinin Avropa bazarında 42-43%-lik payını bərpa etməyə çalışacaq.

Bazarda tələbat olduğu təqdirdə İran gün ərzində 4 milyon barelə qədər neft hasil edə bilər.

Qeyd edək ki, İrana qarşı sanksiyalar tətbiq olunana qədər ölkə 4 milyon barel neft hasil edirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti