Rusiyada anti-terror əməliyyatı: Ölənlər var

Rusiyada anti-terror əməliyyatı: Ölənlər var
  24 Avqust 2015    Oxunub:2341
Rusiyanın Mahaçqala şəhərində baş verən atışma nəticəsində üç terrorçu öldürülüb.

Bu barədə AzVision.az `İnterfax`a istinadən xəbər verir.

Atışma yerli vaxtla 03:00 radələrində Yeni Huşet qəsəbəsi yaxınlığında baş verib. Hüquq mühafizə orqanı əməkdaşları dəmiryolu keçidi yaxınlığında ` Lada Priora` markalı avtomobili saxlamaq istəyiblər. Avtomobildə olan şəxslər əmrə tabe olmayaraq polis əməkdaşlarına atəş açıblar.

Cavab atəşi ilə avtomobildə olan üç yaraqlı məhv edilib. İnsident nəticəsində OMON yaraqlısı yaralanıb.
Hazırda yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, avqustun 22-i OMON əməkdaşının güllələnməsi nəticəsində polisin qohumu və 15 yaşlı oğlu öldürülüb. OMONçunun özünün vəziyyətinin isə ağır olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti