Türmədə bunt: 14 ölü

Türmədə bunt: 14 ölü
  23 Avqust 2015    Oxunub:2907
Salvadorun paytaxtı San-Salvador həbsxanalarından birində “Barrio 18” cinayətkar birliyinin fraksiyaları arasında baş verən münaqişə nəticəsində 14 nəfər ölüb.
“La Jornada” nəşri xəbər verir ki, insidentdə “Cənub” və “İnqilabçılar” fraksiyaları iştirak edib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ölənlərin meyitləri zibil konteynerlərində aşkarlanıb. Təhqiqata başlanılıb.

Həbsxanaların Baş Direktorluğunun rəhbərliyi ehtimal edir ki, zorakılığa cinayətkarların öz sıralarını təmizləməsi istəyi səbəb olub. “Barrio 18” “Mara Salvatruça” ilə birlikdə Salvadorda ən təhlükəli banda hesab olunur.(APA)


Teqlər:





Xəbər lenti